S&P : Avrozonada tənəzzül qaçılmazdır | Banco.az

S&P : Avrozonada tənəzzül qaçılmazdır

Müəllif - Aida İsaq, Banco.az 

Noyabr ayında Avrozonada istehsal fəaliyyətinin beşinci dəfə azalması tənəzzüldən xəbər verir.

Banco.az xəbər verir ki, bu barədə S&P Global maliyyə şirkətinin hesabatında qeyd olunub. Analitiklərin sözlərinə görə, Avrozonanın istehsal indeksi keçən ay 47,8% təşkil edib. Ardıcıl beşinci aydır ki, səviyyə 50%-dən aşağı düşüb. Bununla belə, oktyabr ayı ilə müqayisədə S&P müəyyən irəliləyişlərin olduğunu bəyan edib. Daha sonra göstərici 23 aylıq minimuma enərək 47,3% səviyyəsinə çatıb. Bu, isə regionda tənəzzülün qaçılmaz olduğunu göstərir. Bununla yanaşı, noyabr ayında işgüzar fəallığın azalması hazırda regionun ÜDM-də cəmi 0,2% kiçilməsini ehtiva edir.

Qeyd edək ki, noyabrın ortalarında Avropa Komissiyasının mətbuat xidməti Aİ ölkələrinin sərt qışla üzləşəcəyini bildirib. Avropa iqtisadiyyatının ən azı 2023-cü ilin birinci rübünün sonuna qədər tənəzzülün astanasında olacağı vurğulanır.

Ən sərfəli kredit üçün müraciət et

Oktyabrın birinci yarısında Beynəlxalq Valyuta Fondu isə avrozona iqtisadiyyatının 2022-ci ildə 3,1% artacağını bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et