"S&P" ABŞ iqtisadiyyatını qiymətləndirib | Banco.az

"S&P" ABŞ iqtisadiyyatını qiymətləndirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Beynəlxalq kredit reytinqi agentliyi “Standard Poor's” (S&P) ABŞ iqtisadiyyatı ilə bağlı qiymətləndirmələr edib.

Banco.az xəbər verir ki, “S&P”nin verdiyi açıqlamada xatırladılıb ki, ABŞ-ın bu il üçün iqtisadi artım proqnozu bir müddət əvvəl 1,5 faizdən 2,4 faizə doğru yenidən nəzərdən keçirilib.

Agentliyin açıqlamasında ABŞ iqtisadiyyatının öz rəqiblərini üstələməkdə davam etdiyi və uçot dərəcələrinin kəskin artmasına baxmayaraq, 2023-cü ildə iqtisadi artımın reallaşdığı yeganə əsas inkişaf etmiş iqtisadiyyat olduğu bildirilib.

“S&P Global Ratings”in qlobal baş iqtisadçısı Paul Qruenvald ölkə iqtisadiyyatı ilə bağlı qiymətləndirməsində pul siyasətinin sərtləşdirilməsi səbəbindən ABŞ iqtisadiyyatında artımın nəhayət yavaşlayacağını, lakin məhsuldarlıqdakı son nailiyyətlərin davam etməsi halında nisbətən üstün göstəricilərin davam edəcəyini vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et