Müəllif:Mehin Qasımova,Banco.az
Beynəlxalq kredit reytinqi agentliyi "Standard & Poor's" (S&P) ABŞ iqtisadiyyatı ilə bağlı öz qiymətləndirməsini dərc edib.
Banco.az xəbər verir ki, "S&P" açıqlamasında ABŞ-ın uzunmüddətli kredit reytinqinin "AA+", qısamüddətli kredit reytinqinin isə "A-1+" olaraq təsdiqləndiyini, uzunmüddətli kredit reytinqi üçün proqnozun isə "stabil" olaraq təyin edildiyini açıqlayıb.
Stabil proqnoz ABŞ iqtisadiyyatının dayanıqlı qalacağına, etibarlı və effektiv pul siyasətinin həyata keçirilməsinin davam etdiriləcəyinə, xalis dövlət borcunun artımının əsasını təşkil edən yüksək, lakin sabit fiskal kəsirlərin davam edəcəyinə və borc tavanının 5 trilyon dollar artırılacağına dair gözləntiləri əks etdirir .
Bəyanatda qeyd olunub ki, ABŞ prezidenti Donald Trampın administrasiyası özünün əsas siyasət prioritetlərini əks etdirən əhəmiyyətli vergi və xərclər qanun layihəsini qəbul edib və ABŞ-ın beynəlxalq ticarət rejimini yenidən nəzərdən keçirməyə davam edir. Bəyanatda əlavə edilib ki, effektiv tarif dərəcələrinin artırılması, vergi və xərclərin həm azaldılması, həm də artırılmasını ehtiva edən son qanunvericiliyə aid edilən zəif fiskal nəticələri tarif gəlirləri ilə kompensasiya edəcəyi gözlənilir.
Açıqlamada qeyd olunub ki, struktur olaraq artan məcburi faiz ödənişləri və yaşlanma ilə bağlı xərclər səbəbindən xalis ümumi dövlət borcunun Ümumi Daxili Məhsulun (ÜDM) 100 faizinə yaxınlaşması gözlənilir.