Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimlinin sözlərinə görə, "Sovetski" adlanan ərazidə salınan yollarda yol hərəkətinin təşkili məqsədilə iki işıqfor, 11 avtobus dayanacağı və 16 məntəqədə piyada keçidlərinin yerləri müəyyən edilib.
"Bu ərazidə statistik məlumatlar araşdırılaraq zəruri qurumlara təkliflər verilib", - deyə V.Kərimli əlavə edib.