Tamara Mustafayeva, Banco.az
Şotlandiya Regional Hökumətinin Baş naziri Nikola Stercen ölkə İngiltərədən müstəqillik qazanacağı təqdirdə yeni "Şotlandiya funtu"nu ən qısa vaxtda dövriyyəyə buraxacaqlarını açıqlayıb.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Stercen paytaxt Edinburqda keçirdiyi mətbuat konfransında Şotlandiyanın Birləşmiş Krallığı tərk etməsi halında nələrin baş verə biləcəyi ilə bağlı cari arqumentləri ümumiləşdirib.
Şotlandiya valyutasının yaradılması üçün təqvimin hələ müəyyən edilmədiyini deyən Stercen ingilis funt sterlinqinin istifadəsinin çox uzun müddət davam etməyəcəyini və vaxtı çatanda öz valyutalarını dövriyyəyə buraxacaqlarını bildirib.
Nazir müstəqillik əldə etdikdən sonra Avropa İttifaqına (Aİ) yenidən qoşulmaq üçün işlərə başlayacaqlarını da vurğulayıb.
Xatırladaq ki, Stercenin oktyabrın 10-dakı bəyanatına görə, Ali Məhkəmə lehinə qərar verərsə, Şotlandiyanın Böyük Britaniyadan müstəqillik əldə etməsi üçün ikinci referendum 19 oktyabr 2023-cü ildə keçirilə bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!