Sosial şəbəkələr istifadəçilərini itirir | Banco.az

Sosial şəbəkələr istifadəçilərini itirir

Müstəqil analitik agentliklər hesab edir ki, yaxın gələcəkdə bir çox sosial şəbəkələr öz populyarlıqlarını itirəcəklər. 

Məlumata göre bir çox istifadəçilər internetdən asılılıqlarının yarana bilməsi qorxusundan öz hesablarını ləğv edirlər.

Ən məşhur sosial şəbəkələr olan Facebook və Twitter zamanla daha çox istifadəçisini itirir. İnformasiya texnologiyaları sahəsində araşdırma aparan bir çox analitik agentliklər sosial şəbəkələrin gələcəyi ilə bağlı elə də ürəkaçan proqnozlar vermirlər. Məsələn, keçən il ekspertlər Facebook-un Amerikada 9, Böyük Britaniyada isə 2 milyon istifadəçisini itirdiyini müəyyən edib.

Sosioloqlar qrupu sosial şəbəkədən səhifələrini silən insanlar arasında sorğu keçirib. Respondentlərin əksəriyyəti internet asılılıqlarının yarana biləcəyi qorxusuna görə, sosial şəbəkələrdən uzaqlaşdıqlarını bildiriblər. Xəbər lentində reklamların peyda olması da sosial şəbəkələr haqqında neqativ düşüncələrin yaranmasında rol oynayır. Twitter mikrobloqunda da eyni problem mövcuddur. Ötən il bir çox məşhurlar müxtəlif səbəblərə görə, Twitter-dəki səhifələrini ləğv etmişdilər. Belə bir ehtimal mövcuddur ki, gələcəkdə sosial şəbəkələri xüsusi olaraq mobil telefonlar üçün hazırlanan rahat və müasir servislər əvəzləyəcək.

Ən sərfəli kredit üçün müraciət et

"Vkontakte" istifadəçiləri, ehtiyatlı olun! Populyar “Vkontakte” sosial şəbəkəsinin desktop və mobil versiyalarında zəif nöqtə aşkarlanıb. Bundan istifadə edərlərsə, kibercinayətkarlar MDB məkanında mobil telefon sahiblərinin nömrələrindən və adlarından ibarət nəhəng telefon bazası yarada bilərlər.

milli.az