Facebook, Twitter, Instagram sosial şəbəkələri ABŞ prezidenti Donald Trampın hesablarını dondurub.
Bu barədə xarici mətbuata istinadən xəbər verilir.
Instagramın baş direktoru Adam Mosseri bildirib ki, ABŞ prezidentinin rəhbəri olduğu sosial şəbəkədə bloklanması bir neçə saat davam edəcək.
"Biz də həmçinin 24 saat ərzində Instagramda prezident Trampın hesabını bloklayırıq", - o twitterdə yazıb.
Qeyd edək ki, analoji açıqlama ilə facebook sosial şəbəkəsi də çıxış edib. Trampın facebookda bloklanması 1 sutka davam edəcək.
Eyni zamanda twitter də prezidentin hesabını 12 saatlıq dondurub.
Bu sosial şəbəkələrlə yanaşı, youtube videohostinqi də Trampın etirazçılara videomüraciətini bloklayıb. Videohostinq bunu Ağ Ev rəhbərinin daxili qaydaları pozması ilə əsaslandırıb.
Xatırladaq ki, ABŞ rəhbəri qarışıqlıqlar fonunda Kapitolidə etirazçılara müraciət edib. Ağ Ev rəhbəri bildirib ki, prezident seçkilərinin nəticələri "oğurlanıb". O, həmçinin tərəfdarlarını evlərinə getməyə çağırıb.
report
Bizi sosial şəbəkələrdən izləyin!!