Müəllif: Tamara Mustafayeva, Banco.az
Daha yaxşı təcrübə üçün istifadə edilən süni intellekt texnologiyası artıq sosial mediada məzmun yaradıcılarını da əvəz edəcək?
Banco.az ən populyar sosial media tətbiqlərinin ən son süni intellekt yeniləmələrini sizin üçün təqdim edir.
"Facebook"da süni intellektlə post yaratma vasitəsi, reklamlar üçün mətn və şəkillər yaratmaq imkanı mövcuddur. Həmçinin, məşhurlara əsaslanan AI çatbotları və "Messenger"də süni intellekt köməkçisi mövcuddur.
Bu platformada AI görüntü filtrləri və fon yaratma vasitələrinin olması ilə yanaşı, həmçinin hazırda DM-lər üçün danışıq süni intellekt çatbotu da sınaqdan keçirilir.
"LinkedIn" Recruiter (İşəgötürən) və reklam seçimlərindəki digər alətlərlə yanaşı, AI post generatoru, məqalə xülasəsi, sizin üçün profilinizi yaza bilən məhsuldar AI alətləri və fərdiləşdirilmiş iş elanı tövsiyələrinə malikdir.
TikTok
"TikTok" AI profil şəkillərinə, effekt
alətlərinə və mahnı yaratma xüsusiyyətinə sahib olmaqdan əlavə hazırda süni intellektlə işləyən danışıq axtarışını, mətndən videoya çevirməni və inteqrasiya olunmuş çatbot təcrübəsini sınaqdan keçirir.
X
"X" platformasının sahibi İlon Maskın sözlərinə görə, X Grok AI çatbot tezliklə sizin üçün tətbiqdaxili yeniləmələr yarada biləcək. Onlar həmçinin alət vasitəsilə vizual görüntüləri də araşdırırlar.
Qeyd edək ki, hazırda mövcud olan vasitələrin əksəriyyəti insan yeniləmələrini simulyasiya etmək və qeyri-real şəkillər və təsvirlər yaratmaq üçün nəzərdə tutulub. Ancaq bu vasitələr sosial mediadan istifadədə insanları əvəz etmir. Sosial media, adından da göründüyü kimi, insanların digər insanlarla ünsiyyət qurmasını, öz təcrübələrini paylaşmasını və beləliklə də ətraf dünya ilə daha çox əlaqə qurmasını əhatə edən “sosial” media vasitəsidir. Odur ki, süni intellekt ətrafımızdakı dünya ilə daha çox qarşılıqlı əlaqədə olduğumuz bir mühitdə insanların işini asanlaşdırsa da, yaxın gələcəkdə onu tamamilə əvəz etməyi mümkün görünmür.
Bizi sosial şəbəkələrdən izləyin!!