Sosial media platforması işçilərinin təxminən 5 faizini ixtisar edəcək | Banco.az

Sosial media platforması işçilərinin təxminən 5 faizini ixtisar edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Reddit” işçilərinin təxminən 5 faizini ixtisar edəcək

Banco.az xəbər verir ki, “Reddit” sosial media platforması işçilərinin təxminən 5 faizini ixtisar etmək qərarına gəlib.

Bu barədə “Reddit”in baş icraçı direktoru Stiv Haffman şirkət işçilərinə göndərdiyi elektron məktubda qeyd edib.

O, restrukturizasiya prosesinin bir hissəsi olaraq 90-a yaxın işçinin ixtisar ediləcəyini və işə qəbul tempinin zəiflədiləcəyini bildirib.

“The Wall Street Journal” nəşrinin yazdığına görə, təxminən 2000 nəfərlik işçi heyəti olan “Reddit”də sözügedən ixtisarlar şirkət işçilərinin 5 faizinə təsadüf edəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram