Sosial evlər üçün 60 min müraciət - BİR ANDA SATILIB | Banco.az

Sosial evlər üçün 60 min müraciət - BİR ANDA SATILIB

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) sosial mənzillərin satışıilə bağlı rəsmi məlumat açıqlayıb. Xatırladaq ki, dünən sosial mənzillərin satışı zamanı satışların aparıldığı Güzəştli Mənzil sistemində ciddi problem yaranıb.  

Agentlik bildirib ki, mayın 7-də Yasamal Yaşayış Kompleksindəki 260 mənzil qısa müddətdə satılıb. Xatırladaq ki, dünənə güzəştli mənzil almaq hüququ olanların sayı isə 8800 nəfəri keçirdi və bu da o demək idi ki, hər mənzilə 34 nəfər iddia edir.  
Agentlik qeyd edir ki, “Güzəştli mənzil” sistemi   Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin operatoru olduğu “Elektron hökumət” portalına (www.e-gov.az) inteqrasiya olunub. 

Agentlikdə bildiriir ki, adi vaxtlarda bu sistemdə ən çoxu 1500 nəfər olurdu. Amma satış zamanı tələbatın böyük olacağı nəzərə alınaraq “Elektron hökumət” portalına eyni anda xidmət üzrə daxilolmaların sayı öncədən 10 000-ə qədər artırılıb. 

Amma ilk mənzillərin seçimi mərhələsində “Elektron hökumət” portalında və “Güzəştli mənzil” sistemində vətəndaşların daxilolmalarının və apardıqları əməliyyatların sayı kütləvi xarakter daşıyıb. 

«07 may 2018-ci il tarixində saat 11-50-yə qədər “Güzəştli mənzil” sisteminə ümumi müraciət 60184, eyni anda qeydə alınan qoşulma sayı isə 16 000-dən çox olmuşdur. Buna görə də portal artıq yüklənməyə məruz qalmış və müraciətlərin eyni anda qeydə alınmasında qısa müddətli ləngimə yaranaraq nasazlıq baş vermişdir. Belə ki, sistem tərəfindən növbələşdirilən ilk müraciətlər qəbul olunaraq emal edilmiş, növbəti müraciətlər isə gözləmə mövqeyinə göndərilmişdir».

Yaranmış halın həll edilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Agentlik baş vermiş texniki nöqsanları opertiv qaydada aradan qaldırmışdır.

Bildirmək istərdik ki, Agentlik və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi növbəti mərhələlərdə “Güzəştli mənzil” sistemi vasitəsilə satışa çıxarılacaq mənzillərin elektron qaydada seçimini daha da təkmilləşdirəcək və baş vermiş nöqsanların təkrarlanmaması üçün bütün zəruri tədbirləri həyata keçirəcəkdir.

Ən sərfəli kredit üçün müraciət et

FED.az

Ən sərfəli krediti almaq üçün müraciət et