Şopinq həvəskarlarını sürprizlər gözləyir! | Banco.az

Şopinq həvəskarlarını sürprizlər gözləyir!

Şopinq (alış-veriş) – insanların əhval-ruhiyəsini yüksəltmək üçün ən ideal vasitələrdən biridir. Nə qədər kefiniz olmasa da, şəhərimizin gözəl dükanlarını gəzərkən istər-istəməz insanın könlü açılır. Amma gördüklərinizi ala bilməyəndə kefinizin təkrar pozulmaq imkanı da vardır. Belə situasiyalara düşməmək üçün yanınızda sadiq dostunuzun – taksit kartların olması yaxşı olardı.

Bəli, bu gün taksit kart insanın ən sadiq dostudur. Çünki sənə istədiyini almaq, məbləği hissə-hissə ödəmək, lazım olanda nağd pul çıxarmaq, unikal endirim və bonuslardan da yararlanmaq imkanı verir. Hələ banklarımızın taksit kart sahibləri üçün keçirdiyi kampaniyalar və verdiyi hədiyyələri demirəm.

Takit kartlarını - əminliklə son illərin ən uğurlu bank məhsulu adlandırmaq olar. Bu kartlar ölkəmizdə nağdsız ödənişlərin həcminin artmasını da sözün əsl mənasında stimullaşdırmış və insanlarda kredit kartlarından istifadə vərdişləri yaratmışdır.

Taksit kartları ilə siz yaxınlarınızı ən gözəl hədiyyələr ilə sevindirə, öz qarderobunuzu ən məşhur brendlərdən olan geyim və aksessuarlar ilə bəzəyə, öz xanımınıza 14 Fevral və ya 8 Mart öncəsi dünyanın ən romantik şəhərlərinə səyahət paketi hədiyyə edə bilər və ya çoxdan bəri arzusunda olduğunuz, lakin riskə getmədiyiniz ev təmirini də gerçəkləşdirə, interyerinizi təzələyə bilərsiniz. Kart istifadəçiləri  bu kimi böyük xərcləri daha uzun müddət ərzində bərabər hissələrə bölərək ödəyə bilərlər.

Beləliklə, sizi çox intizarda saxlamayaraq bildirmək istəyirik ki, tezliklə bazardakı taksit kartların sayı bir az da artacaq. Axı bazara daha bir oyunçu daxil olur. Bu il  taksit kart bazarına şopinq həvəskarları, həmçinin də digər kart istifadəçiləri üçün unikal imkanlar yaratmağı öz qarşısına hədəf qoymuş yeni bir məhsul gələcək.

Ən sərfəli kredit üçün müraciət et

 

Ötən ilin Dekabrın sonundan Bank Respublika yeni məhsulun tizer reklamlarını yayımlamağa başlayıb, hələ ki məhsul ilə bağlı geniş məlumatlar açıqlanmır. Hadisələrin gedişini diqqətdə saxlamağa çalışan Banco.az komandası məsələ ilə bağlı maraqlanmaq üçün Bank ilə əlaqə saxlayıb. Bankın əməkdaşı tərəfindən bizə verilən məlumata əsasən yeni məhsul kart sahiblərini sevindirəcək bir sıra üstünlüklərə malik olacaq. 

Kart sahibləri əlavə pul ödəmədən taksitlərlə ödəniş edə, faizsiz kreditdən yararlana, həmçinin ölkə xaricində də taksitlə alış-veriş edə biləcək, vəsaitləri daimi nağdlaşdırmaq imkanı olacaq. Siz hissə-hissə ödənişlərdən nəinki partnyor dükanlar şəbəkəsində, həmçinin POS-terminal quraşdırılmış istənilən ticarət nöqtəsində istifadə edə, ödəyəcəyiniz məbləği neçə hissəyə bölməyi özünü seçə  biləcəksiniz.  Ödənişləri etdikcə kartın limiti bərpa olunacaq və pullardan növbəti alış-veriş zamanı yenə istifadə etmək  mümkün olacaq.

Bir sözlə, bankın əməkdaşı bizi əmin etdi ki, olduqca sərfəli şərtlər ilə istifadəyə verilən bu yeni kart şopinq həvəskarları üçün əsl hədiyyə olacaq.

Kartın bazara daxil olmasını səbrsizliklə gözləyirik ki, bütün bu deyilənləri praktikada yoxlaya bilək.

 

Ən sərfəli krediti almaq üçün müraciət et