“Sony” milyonlarla “Playstation” satıb - REKORD VURDU | Banco.az

“Sony” milyonlarla “Playstation” satıb - REKORD VURDU

“Playstation” tarixdə ən çox satılan oyun konsolu olaraq “Ginnesin rekordlar siyahısı”na düşüb. Bu barədə şirkət rəsmi “Twitter” səhifəsində bildirib. 

25 il ərzində “Sony” şirkəti müxtəlif nəsilli 450 milyon ədəd “Playstation” satıb. 

1994-cu ildə çıxan ilk “Playstation” 102,5 milyon tirajı ilə satılıb. “Playstation-2” 2000-ci ilin ən satılan “oyuncağı” olub – 155 milyon ədəd. 2006-ci ildə işıq üzü görən “Playstation-3” ən zəif satılan model olub – 87 milyon ədəd. 

Ən sərfəli kredit üçün müraciət et

2013-cü ildə “Playstation-4”lə mövqelərini qaytararaq “Sony” 102,8 milyon ədəd konsol satıb. 

Oxu.az

Ən sərfəli krediti almaq üçün müraciət et