2017-ci ilin yanvar-fevral aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2016-cı ilin müvafiq dövrünə nisbətən 5,9% artaraq 499,9 manat təşkil edib.
Əməkhaqqı neft sektorunda 3007,1 manat, qeyri-neft sektorunda 440,6 manat təşkil edib.
Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 378,9 manat, özəl müəssisələrdə çalışan işçilərin əmək haqları isə 671,5 manat olub.
Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, tikinti, informasiya və rabitə, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.
Mənbə: Oxu.az