SON DƏQİQƏ! Bu aviaşirkət müflis elan edildi | Banco.az

SON DƏQİQƏ! Bu aviaşirkət müflis elan edildi

Rusiyada Sankt-Peterburq Arbitraj Məhkəməsi “Transaero” aviaşirkətini müflis elan edib və şirkətdə müsabiqə icraatının başlaması barədə qərar verib.

Bir neçə gün əvvəl şirkətin kreditorları müsabiqə icraatının başlaması üçün səs vermişdilər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd olunur ki, “Transaero” şirkəti hələ 2015-ci ilin sonunda 4,3 milyard dollardan çox borc və öhdəlikləri yerinə yetirə bilməyəcəyini bildirmişdi. Bundan sonra şirkətin sertifikatı həmin ilin oktyabrında geri çağırılmışdı.

Mənbə: Trend.az