Bank sektorunda işləyənlərin sayı azalır.
Banco.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, 30 aprel 2017-ci il tarixinə bank sektorunda işləyənlərin sayı 16 214 nəfər olub. 31 Mart 2017-ci il tarixində bank sektorunda işçilərin sayı 16 312 nəfər idi. Qısası, Apreldə bank sektorunda işləyənlərin sayı 98 nəfər azalıb.
Bank sektorunda çalışanların sayı ötən ilin Sentyabr ayının sonunda 17490 nəfər, 31.12.2016-cı il tarixində isə 16947 nəfər idi. Beləliklə, bu ilin 4 ayı ərzində 733 nəfər, son 7 ayda isə 1276 nəfər ixtisar olunub.