Son 30 ildə dünyanın ən zəngini seçilmiş 6 milyarder | Banco.az

Son 30 ildə dünyanın ən zəngini seçilmiş 6 milyarder

Ötən gün Jeff Bezosun bir neçə saatlığa dünyanın ən zəngin şəxsi olmasından sonra Forbes tədqiqatçıları, bu zirvəyə yüksəlmiş digər 6 məşhuru da yada salmaq qərarına gəlib. Söhbət Forbes 1987-ci ildə bu reytinqi tərtib edəndən bəri siyahıda birincilik qazanmış məşhur 6 iş adamından gedir. 

Banco.az Forbesə istinadən onları sizin diqqətinizə təqdim edir.

(Credit: Holly Warfield, Forbes staff)

Qeyd etdiyimiz kimi, Bezos İyulun 27-də bu pilləyə yüksəksəlsə də, artıq ayın 28-də pilləni əvvəlki sahibinə təhvil verib. Jeff Bezos Amazonun əsasını 1996-cı ildə, Nyu-York hedc fondunda işini tərk etdikdən dərhal sonra qoyub. Jeff Bezosun əsl adı Jeffrey Preston Jorgensenlitdir. 12 Yanvar 1964-cü ildə doğulan Bezosun valideynləri bir yaşında ayrılıblar. Daha sonra anası Miguel Mike Bezos adında biriylə evlənib. Jeff Bezosun soyadı ögey atasına məxsusdur.

Amazon isə artıq bir internet imperiyasına çevirilib.

(Credit: Holly Warfield, Forbes staff)

İspaniya geyim riteyl firması olan İnditexin təsisçisi Amancio Ortega ABŞ və Azərbaycanda öz Zara dükanlarına görə tanınır. O, düynanın ən zəngin insanı adına 2015-ci ilin Oktyabrında bir neçə saatlığa və 2016-cı ilin Sentyabrında 2 günlüyə yüksələ bilib, amma dünyanın ən zəngin insanı pilləsində uzun müddətli qala bilməyib. Dünyanın ən zəngin riteyleri hesab olunur və illik $400 milyon dollar qazanır. 

2016-cı ildə İnditexi-in səhmləri əvvəlcə 2,5% yüksəlmiş və onun sərvətini 1,7 milyard dollar artırmışdı, iki gün sonra səhmlərin dəyəri 2,8% endmişdir

Inditex holdinqə daxil olan Zara, Massimo Dutt və Pull & Bear kimi geyim markalarının sahibi olan Ortega, 100-dən çox ölkədə təxminən 7000 pərakəndə mağazasıyla təmsil olunur. 

(Credit: Holly Warfield, Forbes staff)

Nəhayət 2010-cu ildə dünyanın ən zəngin insanı zirvəsinə ABŞ və ya Yaponiya vətəndaşı olmayan bir şəxs ucaldı. Carlos Slim bu zirvədə 4 il qalmağa müvəffəq olub. 

28 Yanvar 1940-cı ildə Meksikada doğulan Carlos Slim telekommunikasiya sektorunda tanınmış məşhur iş adamı və investordur. TelmexTelcel və America Mowil şirkətlərinin yaradıcısı, eyni zamanda idarə heyətinin başçısıdır. Təvazökar bir şəxsiyyət olan Carlos Slim şirkətlərinin rəhbərliyini oğulları ilə birlikdə icra edir. Ancaq 1997-ci ildə keçirdiyi infarktdan sonra bütün səlahiyyətlərini oğulları Carlos, Marco Antonio və Patricioya təhvil verib. 

(Credit: Holly Warfield, Forbes staff)

Buffet isə dünyanın ən zəngin insanı reytinqinin ilk pilləsini 2008-ci ildə fəth edib. Həmin ildə Microsoft-un Yahoo! ilə birləşmək səyləri baş tutmadığından şirkətin səhmlərində ciddi eniş qeydə alınmışdı və beləliklə zirvəyə Buffet yüksəlmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin həmin ildə Gates Microsoft-un baş icraçı direktoru vəzifəsini təhvil verərək, öz səylərini daha çox Bill & Melinda Gates fondu üzərində cəmləmişdir. O, 2009-cu ildə yenidən renkinqin zirvəsinə yüksəlmişdir, lakin bu dəfə onun sərvətinin miqdarı daha kiçik $40 milyard dollar olmuşdur. 

Ohamanın kahini ləqəbi ilə tanınan Buffet isə indiyə kimi etdiyi sərmayələrin demək olar ki hamısından mənfəət əldə edib. Maliyyəçi olmaqla yanaşı həm də xeyriyyəçi əməlləriylə tanınan Warren Buffett Amerikanın iş adamı və investorudur. 30 Avqust 1930-cu ildə Nebraskada dünyaya gəlib. Berkshire Hathaway investisiya şirkətinin sahibi kimi tanınır. Warren Buffetin var dövlətinin böyüklüyünə görə çox təvazökar bir həyat yaşadığını da qeyd etmək lazımdır

(Credit: Holly Warfield, Forbes staff)

Bill Gates bu zirvədə ən çox qalmış şəxsdir. O, son 23 ilin 18-də, dünyanın ən zəngin insanı olub. Lakin bu pilləyə ilk yüksəlişi 1995-ci ilə təsadüf edir.

O, Microsoftun əsasını 1975-ci ildə qurmuş olsa da, dünyanın ən zəngin insanına çevrilmək daha 20 il vaxt almışdır. Növbəti 4 il ərzində isə Microsoft səhmlərinin qiyməti astronomik sürətlə artmışdır.

Özünün ən yüksək həddində isə 1999-cu ildəki internet bumu dövründə çatıb, $90 milyard dollar. Bu gün o, yenə də Paul Allen ilə birlikdə qurduğu şirkətin idarə heyətində təmsil olunur. 

(Credit: Holly Warfield, Forbes staff)

1991-ci ildə Taikichiro Mori $15 milyard dollar ilə dünyanın ən zəngin insanına çevrilib. İqtisadiyyat müəllimi olan cənab Mori 1959-cu ildə universiteti tərk edir və öz biznesini qurur. O, Tokionun Minato hissəsində ofis binalarının inşaatı ilə məşğul olur. Forbes onu ilk dəfə dünyanın ən zəngin insanı seçəndə onun 7,7 milyon kvardrat fut sahədə 65 ofis binası var idi. 

(Credit: Holly Warfield, Forbes staff)

O, 1987-ci ildə FORBES-in dərc etdiyi ən ilk reytinqdə dünyanın ən zəngin insanı adına layiq görülüb və bu siyahıda 6 dəfə dünyanın ən zəngini seçilib. Əslən yaponiyalı olan Yoshiaki Tsutsumi zirvəyə daxil olanda 20 milyard dollar xalis sərvəti var idi, Forbes ilk reytinqinə dünya üzərindən 140 milyarderi daxil etməyə müvəffəq olmuşdu. 

Tsunaminin sərvəti rəhbərlik etdiyi Seibu Group tərəfindən həyata keçirilən daşınmaz əmlak və riteyl sahəsindən formalaşmışdı. 1991-ci ildə isə Mori onu üstələyir, iki il sonra o 9 milyard sərvətlə yenidən reytinqə qayıdır və sonuncu dəfə dünyanın ən zəngin insanı olur. 

10 il sonra şans Tsunamidən üz döndərir. Onun Seibu Group şirkəti davamlı səhv məlumatlar dərc etməsi səbəbindən səhm birjasından çıxarılır (delistinqə məruz qalır). Özü isə növbəti ildə həbs olunaraq, 4 illik şərti həbs cəzası alır. 2007-ci ildə Tsunami Milyarderlər siyahısını həmişəlik tərk edir.