Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda pul bazası cari ilin 30 may tarixinə 20 milyard 629.7 milyon manat təşkil edib.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aprelin 30-u ilə müqayisədə 0,4% azdır.
Qeyd edək ki, pul bazası 2024-cü ilin 31 may tarixi ilə müqayisədə 3,4% artıb. Ötən ilin eyni dövründə pul bazasının həcmi 19 milyard 948 milyon manat təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!