Somali ilə Azərbaycan arasında viza rejiminin qismən ləğvi təsdiqləndi | Banco.az

Somali ilə Azərbaycan arasında viza rejiminin qismən ləğvi təsdiqləndi

Azərbaycan ilə Somali arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad ediləcək. 
 
Banco. az-ın məlumatına görə, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.

2025-ci il oktyabrın 15-də Kampala şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiq edilib.