Müəllif - Fərid İslamov - Banco.az
Qızıl hasilatçısı Solidcore (əvvəlki adı Polymetal) 2024-cü ilin yekunlarına əsasən EBITDA-nı 62% artıraraq 712 milyon dollara çatdırıb. Bu barədə şirkətin məlumatında bildirilib.
Müqayisə üçün, Veles Capital analitikləri bu göstəricinin 669 milyon dollar səviyyəsində olacağını gözləyirdilər.
Solidcore-un pul xərcləri (TCC) 2024-cü ildə 8% artaraq qızıl ekvivalenti üzrə bir unsiya üçün 971 dollara, ümumi pul xərcləri (AISC) isə 3% artaraq bir unsiya üçün 1298 dollara yüksəlib. Lakin gəlirin artımı xərclərin artımını kompensasiya edib.
Şirkətin illik gəliri 49% artaraq 1,328 milyard dollara çatıb. Bu artım əsasən qızılın qiymətlərinin 23% artması və satışların 22% yüksəlməsi hesabına baş verib.
Şirkət 2024-cü il üçün dividendlər elan etməyəcək. Məlumatda deyilir ki, Direktorlar Şurası 2024-cü ildə şirkətin orta müddətli inkişaf hədəflərinə çatması və İrtiş QMK-nın işə salınmasına qədər dividendlərin ödənilməsini dayandırıb.