"SoftBank"ın təsisçisi çip təşəbbüsü üçün 100 milyard dollar axtarır | Banco.az

"SoftBank"ın təsisçisi çip təşəbbüsü üçün 100 milyard dollar axtarır

Müəllif: Tamara Mustafayeva, Banco.az

"SoftBank"ın təsisçisi Yaponiyalı iş adamı Masayoşi Son "Nvidia" kimi şirkətlərlə rəqabət apara biləcək yeni süni intellekt çipi layihəsini işə salmaq üçün 100 milyard dollar axtarır.

Banco.az xəbər verir ki, "SoftBank"ın nəhəng "Vision Fund" investisiya fondlarını toplamaq üçün istifadə etdiyi bəzi strategiyaları əks etdirən hesabatda Yaxın Şərqdəki institusional investorlardan təxminən 70 milyard dollar almağı planlaşdırdığı bildirilib.

Qalan 30 milyard dolları isə "SoftBank Group" özü təmin edəcək.

Xatırladaq ki, "Softbank" 2016-cı ildə çip dizayn şirkəti "Arm"ı satın almışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et