"SOCAR"ın törəmə şirkətinin "Star" neft emalı zavodundakı payı azaldılır | Banco.az

"SOCAR"ın törəmə şirkətinin "Star" neft emalı zavodundakı payı azaldılır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“SOCAR”ın Türkiyədəki törəmə şirkəti “Petkim”in “STAR”dakı dolayı payı azaldılır.

Banco.az xəbər verir ki, “Petkim”in “STAR” Neft Emalı Zavodunda səhm satın almasına yenidən baxılması qərarı qəbul edilib.

Şirkətin İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) verdiyi açıqlamada qeyd olunub ki, neft-kimya sənayesindəki əlverişsiz şəraitin “Petkim”in ödəmə qabiliyyətini əhəmiyyətli dərəcədə məhdudlaşdırdığı nəzərə alınaraq “Petkim” və SOCAR Türkiyə Enerji A.Ş. (STEAŞ) bu müqaviləyə yenidən baxmağa razılıq verib.

Əldə edilən razılaşma ilə iki tərəfin 18 faiz dolayı səhmdar olması üçün 720 milyon dollarlıq üç bərabər hissəli nəzərdə tutan müqaviləyə yenidən baxılıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et