"Socar Türkiyə"nin baş icraçı direktoru dəyişib | Banco.az

"Socar Türkiyə"nin baş icraçı direktoru dəyişib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Elçin İbadov Türkiyənin ən böyük xarici investoru olan “SOCAR Türkiyə”nin baş icraçı direktoru vəzifəsinə təyin edilib.

Banco.az xəbər verir ki, “SOCAR Türkiyə”nin baş icraçı direktoru Zaur Qəhrəmanov 7 ilə yaxın çalışdığı vəzifəsindən ayrılaraq “SOCAR”ın Baş ofisində yeni vəzifəyə təyin edilib. 15 il ərzində Azərbaycanda, İsveçrədə və son olaraq Türkiyədə müxtəlif rəhbər vəzifələrdə çalışan Zaur Qəhrəmanov bundan sonra “SOCAR” prezidentinin müşaviri vəzifəsini icra edəcək.

Zaur Qəhrəmanovu isə “SOCAR Türkiyə”nin Neft Emalı və Neft-Kimya biznes vahidinin baş maliyyə direktoru (CFO) Elçin İbadov əvəzləyəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram