SOCAR-ın ABB-dəki depozit portfeli 1,3 mlrd. manat azalıb | Banco.az

SOCAR-ın ABB-dəki depozit portfeli 1,3 mlrd. manat azalıb

SOCAR bankların vəziyyətini daim nəzarətdə saxlayır

"SOCAR pul vəsaitlərini Azərbaycanın nüfuzlu maliyyə institutlarında saxlayır".

SOCAR-ın 2016-cı il üzrə konsolidə olunmuş maliyyə hesabatına istinadən xəbər verilir ki, şirkətin vəsaitlərinin əsas hissəsi Azərbaycan Beynəlxalq Bankında (ABB) yerləşdirilib və hökumət tərəfindən nəzarət olunur.

"Şirkətin bankdakı pul və pul vəsaitlərinin ekvivalenti, o cümlədən depozitlərinin həcmi 2016-cı il dekabrın 31-i tarixinə 1,154 milyard manat (2015-ci ildə 2,529 mlrd. manat) təşkil edib", - deyə hesabatda qeyd olunub.

Bildirilir ki, SOCAR hesab açdırdığı bankların vəziyyətini daim nəzarətdə saxlayır.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et