SOCAR büdcəyə ödənişlərini 8,5% artırıb | Banco.az

SOCAR büdcəyə ödənişlərini 8,5% artırıb

SOCAR tərəfindən 2017-ci ilin may ayında dövlət büdcəsinə 139 mln. 586 min manat vəsait ödənilib.

Şirkətdən verilən məlumata görə, bu göstərici 2016-cı ilin may ayı ilə müqayisədə 21 mln. 780 min manat və ya 118,5% çoxdur. Ümumiyyətlə, cari ilin yanvar-may aylarında büdcəyə 669 mln. 888 min manat vəsait ödənilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 107 mln. 107 min manat və ya 119% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə, 2017-ci ilin may ayında Dövlət Sosial Müdafiə Fonduna SOCAR tərəfindən 12 mln. 945 min manat vəsait köçürülüb. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 694 min manat və ya 105,7% çoxdur. Cari ilin yanvar-may aylarında SOCAR tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 62 mln. 460 min manat təşkil edib ki, bu da 2016-cı ilin yanvar-may ayları ilə müqayisədə 5 mln. 101 min manat və ya 108,9% çoxdur.

Mənbə: Apa.az