SOCAR bu il 3,1 mln. ton neft hasil edib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

SOCAR bu il 3,1 mln. ton neft hasil edib

Bu ilin yanvar-may ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə 3 096,1 min ton xam neft hasil olunub.

Şirkətə istinadən verilən xəbərə görə, bu həcmin 636,9 min tonu may ayında hasil edilib.

Bu ilin 5 ayı ərzində Azərbaycan üzrə neft hasilatı isə 15 934,2 min ton təşkil edib.

Qeyd edək ki, 2016-cı ildə SOCAR üzrə xam neft hasilatı 7,5 mln. ton, Azərbaycan üzrə isə 41 mln. ton olub.

Mənbə: Report.az