"Snapchat" təsisçiləri $1 mlrd itirdi | Banco.az

"Snapchat" təsisçiləri $1 mlrd itirdi

Istifadəçilərin sayı artsa da, ekspertlər artım sürətini yetərli hesab etmir. Buna cavab olaraq, kompaniya redizayn etməyi planlaşdırır.

Snapchat messencerinin yaradıcıları. Bobby Murphy və Evan Spiegel bir neçə saat ərzində 1 milyard dollar itirib, Forbesin məlumatları belə deyir  

Snap cari ilin üçüncü rübünə olan hesabatları açıqlayıb. Noyabrın 7-də səhmlərdə 16% eniş qeydə alınıb ki, bunun ardınca milyarderlərin hər birinin sərvəti 500 mln dollar azalaraq, 2,9 milyard dollara enib.

Ən sərfəli kredit üçün müraciət et

İstər gəlir göstəriciləri, istər də istifadəçilərin artım tempi investorları məyus edib – göstərici son rüb ərzində 3% zəifləyib. Snap şirkətinin zərərinin həcmi isə $443,2 mln dollar olub. Bu 2016-ci ilin  3-cü rübü ilə müqayisədə 3 dəfə daha çoxdur.

Snap servis olaraq reklam satmağa başladığı müddətdən, yəni son üç il ərzində şirkətin gəlirləri sürətlə artırdı. 

Ən sərfəli krediti almaq üçün müraciət et