SMS icazənin tətbiq olundu şəhər və rayonlarda vətəndaşların yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS icazənin müddəti 2 saatdan 3 saatadək artırılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək.
Qeyd edək ki, Lənkəran şəhəri və Samux rayonunda sərtləşdirilmiş karantin rejimi tətbiq olunmayacağına görə, bu əraziədə SMS icazə tətbiq olunmur.
Bizi sosial şəbəkələrdən izləyin!!
