Smartfon bazarının qalibləri bəlli oldu | Banco.az

Smartfon bazarının qalibləri bəlli oldu

Tamara Mustafayeva, Banco.az

Smartfon bazarı üzrə rəqabət daha da güclənib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, bazar araşdırmaları ilə məşğul olan "Canalys"in açıqladığı 2021-ci ilin 2-ci rübü üzrə göstəricilərə görə, Çinin "Xiaomi" şirkəti ABŞ-ın "Apple" markasını geridə qoyub. Ötən bir il ərzində 83%-lik artıma nail olan "Xiaomi" tarixində ilk dəfə bazarda ikinciliyə yüksəlib.

Sözügedən siyahıda Cənubi Koreyanın texnologiya nəhəngi "Samsung" 19%-lik bazar payı ilə ilk pillədə qərarlaşarkən, "Xiaomi" 17%-lə ikinci, "Apple" isə 14%-lə üçüncü sırada yer alıb. Bazarda bu üç markanın ardınca isə 4-cü və 5-ci sırada 10%-lik bazar payı ilə Çinin digər qabaqcıl şirkətləri "Oppo" və "Vivo" gəlir.

Qeyd edək ki, illik artım nisbətlərinə baxdıqda isə bu 5 marka arasında "Xiaomi" 83%-lik göstərici ilə 1-ci, "Oppo" 28%-lə 2-ci, "Vivo" isə 27%-lə 3-cü olub. "Samsung"un illik artım nisbəti 15%, "Apple"da isə 1% müəyyən edilib.

"Xiaomi"nin "Samsung" və "Apple" ilə müqayisədə ortalama satış qiymətinin müvafiq olaraq 40% ilə 75% daha ucuz olduğunu bildirən "Canalys"ın araşdırma direktoru Ben Stanton, "Xiaomi xaricdəki fəaliyyətlərini sürətlə artırır. Məsələn, Latın Amerikası üzrə tədarük nisbəti 300%, Afrika üzrə 150%, Qərbi Avropada isə 50%-dən çox artıb. "Xiaomi" "Samsung"u taxtından endirməyə fokuslanıb", deyə bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et