SKMF bağlanmış banklarda qalmış vəsaitinin 10 mln. manatını geri alıb | Banco.az

SKMF bağlanmış banklarda qalmış vəsaitinin 10 mln. manatını geri alıb

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) son illər bağlanmış banklarda təxminən 200 mln. manat vəsaiti olub.

Bu barədə Fondun icraçı direktoru Şirzad Abdullayev məlumat verib.

Onun sözlərinə görə, həmin vəsaitin 40 mln. manatını bankların ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) geri qaytarıb. Bunun isə 10 mln. manatı Fonda ödənilib.

Ən sərfəli kredit üçün müraciət et

“Hazırda qalan vəsaitlə bağlı ADIF-lə danışıqlar gedir”, - deyə o, qeyd edib. 

Report.az