Sizin hələ də sığortanız yoxdur? | Banco.az

Sizin hələ də sığortanız yoxdur?

Gündəlik həyatımızda hər an birbaşa olaraq bizim və ya tanışlarımızın başına gələn hadisələrin şahidi olur, bu barədə xəbərlərə televiziyada, internetdə, qəzetlərdə tez-tez rast gəlirik.   Bu cür qəzaların qarşısını almaq üçün heç bir vasitə yoxdur, yaranan maddi fəsadları minimallaşdırmaq üçün isə mexanizm var. Bu mexanizm sığortadır.

Sığorta - qəza, fəlakət, oğurluq və s. hadisələr nəticəsində itkiyə məruz qalmış şəxsi əvvəlki maliyyə vəziyyətinə qaytaran və ya maddi zərəri minimuma endirən vasitədir.

Beləliklə, öncədən sığorta şirkəti ilə müqavilə bağlamaqla maşınınızın, evinizin, uşağınızın, özünüzün qarşılaşa biləcəyiniz gözlənilməz hallar zamanı Sizə dəyən maddi zərəri minimuma endirə bilərsiniz.

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığortanın əsas mahiyyəti iş yerində bədbəxt hadisə baş verdikdə işçilərə aylıq, əlavə tibbi xidmət və ehtiyaca görə və birdəfəlik sığorta ödənişlərini təmin etməkdir. Bu cür sığorta müqaviləsi işəgötürən və həyat sığortası üzrə lisenziyaya malik sığorta şirkəti arasında bağlanmalıdır. Sığorta haqqı işçilərin sayından və növündən, onların maaşından və iqtisadi fəaliyyət sahəsindən asılı olaraq dəyişir. Bunun hesablanması üçün saytdakı kalkulyatordan istifadə edə bilərsiniz.

Qanuna əsasən aşağıdakı şəxslər icbari qaydada sığorta olunmalıdırlar:

 -hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə qanunvericiliyə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər (hərbi və ya xüsusi rütbəsi olan şəxslər istisna olmaqla);

Ən sərfəli kredit üçün müraciət et

-azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş və işləyən şəxslər;

-məcburi dövlət sosial sığortasına cəlb olunması nəzərdə tutulan seçkili ödənişli vəzifələrdə işləyənlər (Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları istisna olmaqla);

-istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlər;

-müəssisələrdə işə cəlb edilən hərbi qulluqçular;

-təbii fəlakətlərin qarşısının alınmasına və nəticələrinin aradan qaldırılmasına, habelə hərbi və fövqəladə vəziyyət rejimində işlərin yerinə yetirilməsinə cəlb edilən şəxslər;

-fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.

Bu Qanun qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də ("Sosial sığorta haqqında" qanuna uyğun olaraq məcburi dövlət sosial sığortasına cəlb edilməyən əcnəbilər istisna olmaqla) şamil olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et