Sizi bir addım önə çıxaracaq, fərqli bir CV necə yazılmalıdır? | Banco.az

Sizi bir addım önə çıxaracaq, fərqli bir CV necə yazılmalıdır?

İş tapmağa hazırlaşarkən atmalı olduğunuz ilk və ən əhəmiyyətli addımlardan biri CV hazırlamaqdır. Bu sənədə özünüzlə əlaqədar fərdi məlumatları, iş və təhsil keçmişinizi və şəxsi keyfiyyətlər kimi mövzuları daxil etmək lazımdır. Hər hansı bir işə müraciət etməzdən əvvəl özünüzü güclü və dürüst CV ilə tanıtdırmağınız vacibdir! Yaxşı bəs, sizi bir addım önə çıxaracaq, fərqli bir CV necə yazılmalıdır?

Əvvəlcə, əsas olan bir neçə maddəbaxaq:

  • CV mümkün olduqca iki səhifədən çox olmamalıdır.
  • Uzun paraqraflardan mümkün qədər uzaq olmağa çalışın.
  • Orfoqrafik qaydalara diqqət edin!
  • Lazımsız məlumatları əlavə etməyin.

 

CV necə yazılmalıdır? CV'yə tam olaraq nələri əlavə etməliyik? Şirkətlər sizinlə əlaqədar hansı məlumatları görmək istəyirlər?

Karyera məqsədiniz;

  • Sənədin başlanğıcına özünüzü tanıtdığınız, karyera hədəflərinizi və müraciət məqsədinizi ifadə etdiyiniz qısa bir paraqraf əlavə edə bilərsiniz.

İş / Staj təcrübələriniz;

  • Təcrübələrinizi tərs xronoloji ardıcıllıq ilə yazın (ən son təcrübəniz ən yuxarıda olmaqla)
  • İşlədiyiniz yerdəki mövqeyinizi və məsuliyyətlərinizi qeyd edin (etdiyiniz işləri və məsul olduğunuz vəzifələri qısa xülasə şəklində yazın)

Təhsil haqqında məlumatlarınız;

Ən sərfəli kredit üçün müraciət et

  • İş və staj təcrübələrinizdə olduğu kimi, məzun olduğunuz proqramları və universitetləri/məktəbləri tərs xronoloji sıra ilə yazın (ən son bitirdiyiniz universitet və ya proqram ən yuxarıda olsun)
  • Əhəmiyyətli nailiyyətlərinizi, sertifikatlarınızı, dərəcələrinizi də ayrı bir kateqoriyada siyahı şəklində yaza bilərsiniz.
  • Əgər əhəmiyyətli olduğunu düşünürsünüzsə, universitetdə və ya məktəbdə keçdiyiniz bəzi dərsləri də əlavə edə bilərsiniz (xüsusilə, əgər bu dərslərin müraciət etdiyiniz mövqe ilə əlaqəsi varsa)

Bacarıqlarınız;

  • Bildiyiniz xarici dilləri və səviyyələrini əlavə edin.
  • Kompüter bacarıqlarınızı  və səviyyələrini əlavə edin (Excel, Photoshop, Adobe Premiere və s.)
  • Vaxtın idarə olunması, təzyiq altında işləmək, müstəqil olaraq və ya qrupda işləmək bacarığınız varsa, onları əlavə edə bilərsiniz.

Əlavə qeyd: Hobbilərinizi də qısa bir başlıq şəklində əlavə edə bilərsiniz.

Güllü Nağıyeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et