Siz vaxtı idarə edirsiniz, yoxsa vaxt sizi? | Banco.az

Siz vaxtı idarə edirsiniz, yoxsa vaxt sizi?

Ətrafımızda vaxt məhdudiyyətindən şikayət edən həmkarlarımızla tez-tez rastlaşırıq. Siz də vaxtın azlığından şikayət edirsiniz və ya zamanınızı yaxşı proqramlaşdıra bilmədiyiniz üçün görüləcək işlər qarşısında aciz qalırsınız?

 Cavabınız 100 % “hə”dirsə deməli vaxtınızı effektiv idarə etmirsiniz. Əslində zaman əvəzsiz resursdur. Bu resursu necə istifadə etmək isə öz əlimizdədir. Digər resurslar kimi vaxt da effektiv istifadə oluna bilər. Bunun üçün vaxtınızı yaxşı planlaşdırmaq və düzgün bölgü aparmaq lazımdır. İnkişaf etmiş ölkələrdə şirkətlərin fəaliyyətində vaxtın idarəsi ilə bağlı tədqiqatlar, seminarlar, treninqlər üçün böyük vəsaitlər ayrılır.

Müasir biznes dünyasının güclülər dəstəsində oynamaq istəyən şirkətlər “vaxtın idarəsi” mövzusuna barmaqarası baxmamalıdırlar.

Yazıçı və menecment Peter Drucker bir əsərində belə deyir: “Vaxt ən az tapılan resursdur. Əgər düzgün idarə edilə bilmirsə deməli heç nə idarə edilmir”. Vaxt idarəsi mövzusu nə üçün gözardı edilir? Çünki bütün resurslar arasında ən az başa düşülən və ən pis idarə edilən vaxtdır. Əslində burda söhbət nə qədər vaxtımız olduğundan getmir. Söhbət sahib olduğumuz vaxt içərisində nə etdiyimizdən və vaxtı nə dərəcədə düzgün idarə etdiyimizdən gedir.

Əslində bir çox halda özümüz özümüzə “vaxt tələsi” yaradırıq. Məsələn, “vaxt tələləri”nin hansına özünüz səbəb olursunuz? Hansına xarici təsirlər səbəb olur? Bu xarici təsirlərdən hansıları nəzarət atlına alına bilər ya da yox edilə bilər? Bu suallara mütləq hər insanın öz cavabı var, ancaq alternativ cavabları Martin Scootun “Vaxt idarəsi” (Time Management) adlı kitabından tapmaq mümkündür.
Vaxtdan qazanmaq üçün “vaxt tələləri”ndən uzaq durun

Düşünməyiniz üçün məlumat qismində sizi iş həyatınızdakı “vaxt tələləri”ndən bir neçəsi ilə tanış edirik:

  • Sadə suallar verməkdən çəkinmək
  • Məsuliyyəti digərlərinin üzərinə atmaq
  • Hər şeyi bilirmiş kimi davranmaq
  • Bir neçə işi birdən görmək
  • Boş işlərlə məşğul olmamaq mövzusunu göz-ardı etmək
  • Əhəmiyyətsiz işləri birinci görmək
  • Səliqəsiz iş görmək və səliqəsiz mühit
  • İstirahət vaxtını qeyri-müəyyənliyi
  • Qorxudan təxirə salma
  • Gündəliyi və proqramı olmayan toplantılar
  • Detallarla məşğul olmaq
  • İşlərin görülmə müddətini axırıncı günə qədər uzatmaq
  • İşləri yarımçıq qoymaq
  • Asan və tanış işləri axıra saxlamaq
  • Konsentrasiyanın aşağı olması
  • Telefonla danışmaq
  • Yerinə yetirə bilməyəcəyiniz sözlər vermək
  • Unutmaq – Qeyd dəftərinin yoxluğu

Çıxış yolunu bilmək üçün sizi maraqlı bir slayd izləməyə dəvət edirik:
Vaxtını özün idarə et

 

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Marketinq jurnalı