Şirkətlərin bulud texnologiyasına keçməsi üçün 5 səbəb | Banco.az

Şirkətlərin bulud texnologiyasına keçməsi üçün 5 səbəb

Texnologiya hər gün işi asanlaşdırır. Bunların arasında bulud texnologiyası müxtəlif sektorlar və sahələrə müraciət edir. Araşdırmalar önümüzdəki illərdə bu texnologiyanın daha çox yayılacağını göstərir.

Daha çox müəssisə bulud texnologiyasına keçid edir. Beynəlxalq Məlumat Korporasiyasının (International Data Corporation) (IDC) etdiyi araşdırmaya görə, bulud məlumatlandırma xərclərinin 2020-ci ilə qədər İT xərclərinə görə 6 qat daha çox olması gözlənilir. Eyni qurum tərəfindən edilən digər bir araşdırmada, 2020-ci ilə qədər müəssisə infrastrukturunun və proqram təminatının 67%-i bulud əsaslı texnologiyalarla əlaqəli olacağı deyilir. 

Müəssisələrin Bulud texnologiyasına keçməsi üçün ən əhəmiyyətli səbəblər bunlardır:

  1. Hər yerdən giriş imkanı: xüsusilə tez-tez səyahət edən sektorlar üçün ani məlumatlara çatmaq üçün çox qiymətli və vacibdir. Müştərilərin və potensial müştərilərin tələbatlarına tez cavab vermək və ya istənilən məlumatları anında əldə etmək, bugünkü iş dünyasında önə çıxmaq üçün bir zərurətdir.
  2. Fəlakətin qarşısının alınması: İT şirkətlərinin ən önəmli məsələlərindən biridir. Məlumatların saxlanılması və gözlənilməz hal baş verdikdə təhlükəsiz vəziyyətdə ehtiyat nüsxələrinin olması məlumatların itirilməsinin qarşısını ala bilər.
  3. Xərclərə qənaət: Bulud vasitəsilə böyük investisiyalar tələb edən texnologiyalar daha əlverişli qiymətlərlə müəssisələrə təklif olunur. Bu, kiçik biznes və sahibkarların diqqətini çəkir. Beləliklə, bir çox IT xərcləri azalır.
  4. Məlumatların əhəmiyyəti: Bir çox bulud texnologiyası, saxlanan məlumatları analiz etmək imkanı təqdim edir. Hətta onları hesabat halında təqdim edə bilir. Bu proqnozlar və hesabatlar sayəsində səmərəlilik artırıla bilər və gələcək fəaliyyət planları hazırlana bilər.
  5. Miqyasın dəyişdirilmə imkanı: Biznesin böyüklüyünə görə tələb olunan saxlama yeri və ya emal gücü dəyişdirilə bilər. Bu da şirkətlərə pula qənaət etməyə kömək edir.

Hər bir xidmətdə olduğu kimi, buludda müştərilərə yalan xidmətlər təqdim edən şirkətlər var. Beləliklə, bu xidmətin həqiqətən bulud texnologiyası olub-olmadığını necə başa düşmək olar?

Ən sərfəli kredit üçün müraciət et

  1. Saxta bulud şirkətklərinin təqdim etdiyi əslində hostinq xidmətidir. Real bulud texnologiyasının əsas məqamlarından biri texnoloji infrastrukturdur. Məlumatların saxlanması ilə fərqlənən bulud texnologiyasında, bu xidməti təmin edən şirkətlər dünyanın müxtəlif nöqtələrində məlumatları saxlamalıdırlar. Mümkün bir fəlakət halında, məlumatları itirməmək üçün ehtiyat nüsxəsinin saxlanması zəruridir. Əgər şirkət bunu etmir və məlumatları sadəcə bir yerdə saxlayırsa, bu xidməti almağı dayandırın.
  2. Hər il yerinə yetirilən SSAE 16 auditləri və müştərilən təhlükəsizliyini təmin edən SSL şifrələməsi, təhlükəsizlik və identifikasiya bu texnologiyada əsas xüsusuiyyətlərdəndir. Eyni zamanda, sistem hər bir ölkənin təhlükəsizlik standartlarına uyğun olmalıdır.
  3. Emal gücünün ölçülə bilməsi, əsl bulud xidmətini digərindən ayıran başqa xüsusuiyyətdir. Bir e-ticarət saytına daxil olan insanların sayı bir anda artdıqda, bulud texnologiyası saytın həmişə açıq və satışa hazır olması üçün server emal gücünü, yəni nüvələrin sayını avtomatik olaraq artıra bilər. Əks halda sayt bağlana bilər və satış olmaması səbəbindən ciddi maddi zərərlə üzləşə bilər.

Pərvanə Aslanova, Banco.az 

Ən sərfəli krediti almaq üçün müraciət et