Müəllif - Aida İsaq, Banco.az
Neft və qaz satışları 2022-ci ildə ixracatçı şirkətlərə 4 trilyon dollar qazandırsa da, gələcəkdə onların enerji təchizatından gəlirləri azalmağa başlayacaq.
Banco.az xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol bildirib. Onun sözlərinə görə, son illərdə xammal və yanacaq satışını həyata keçirən şirkətlərin orta gəlirinin 1,5 trilyon dollar olması fonunda 2022-ci ildə neft və qaz ixracatçılarının mənfəəti nəzərəçarpacaq dərəcədə artıb.
Eyni zamanda, F.Birol iqtisadiyyatı daha çox neft və qaz sənayesindən əldə edilən gəlirlərdən daha çox asılı olan ölkələri gəlir mənbələrini diversifikasiya etməyə çağırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!