Şirkət öz ad günündə əməkdaşlarına xidmət etdi | Banco.az

Şirkət öz ad günündə əməkdaşlarına xidmət etdi

Avqustun 3-də Lombardcini lombard şirkəti ilk Ad Gününü qeyd edib.

Lombardcini şirkəti 1 yaşının tamam olması münasibəti ilə öz əməkdaşları üçün sürpriz ziyafət təşkil edib. Ziyafətin ən təəccübləndirən tərəfi isə həmin gün məhz rəhbərlərin öz əməkdaşlarına qulluq etməsi olub. Lombardcini bu addımla il boyu müştərilərin və tərəfdaşların xidmətində duran əməkdaşlara öz minnətdarlığını və onların zəhmətini yüksək qiymətləndirdiyini bildirmək istəyib. Bu haqda Banco.az portalına şirkətdən məlumat verilib.

Əməkdaşlar şirkət tərəfindən onlara hazırlanan bu sürprizi sevinc və təəccüb içində qarşılayıb.

Qeyd edək ki,  "LOMBARDCİNİ" 2016-ci ildən etibarən LOMBARD fəaliyyəti göstərir. Buna baxmayaraq, "LOMBARDCİNİ" şirkəti bu qısa fəaliyyəti ərzində çoxsaylı müştəri və tərəfdaşları arasında etibarlı və məsuliyyətli partnyor kimi özünü doğrulda bilmişdir. 

"LOMBARDCİNİ" şirkətində çalışan yüksək ixtisaslı mütəxəssislər öz işlərinin ustalarıdır və hər bir müraciət edən müştəriyə onun iri şirkət və ya fərdi sahibkar olmasından asılı olmayaraq yüksək diqqət göstərirlər. 

Lombardcini şirkətində  qızıl-zinət əşyaları ilə yanaşı məişət avadanlığının da girovu əsasında kredit əldə etmək mümkündür. Artıq, müştərilər həm də kommunal və digər xidmətləriz "Lombardcini" filiallarında filiallarında həyata keçirə bilər.