Siqaret istehsalında sıçrayış gözlənilir | Banco.az

Siqaret istehsalında sıçrayış gözlənilir

Azərbaycanda gələn il 10 milyard ədəddən siqaret və papirosların istehsal ediləcəyi proqnozlaşdırılır ki, bu da 2019-cu il üçün olan gözləntilərlə müqayisədə iki dəfə çoxdur.

Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində verilən məlumata görə, bu il ölkədə 5 milyard ədədə yaxın siqaret və papirosların istehsalı nəzərdə tutulub.

Məlumata əsasən, bu göstəricinin ilbəil artacağı proqnozlaşdırılır. Belə ki, 2021-ci ildə ölkədə 10 milyard 156 milyon ədəd, 2022-ci ildə 10 milyard 370 milyon ədəd, 2023-cü ildə isə 10 milyard 649 milyon ədəd siqaret və papirosların istehsal olacağı gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda 4 milyard 950 milyon ədəd siqaret və papiros istehsal edilib.

Bundan başqa, proqnozlara əsasən, respublikada fermentləşdirilmiş tütünün də istehsalında artım dinamikası qeydə alınacaq. Gözləntilərə əsasən, 2019-cu ildə Azərbaycanda 4 959,4 ton, 2020-ci ildə 6 441,5 ton, 2021-ci ildə 8 265,7, 2022-ci ildə 8 607,7 ton, 2023-cü ildə isə 8 778,7 ton fermentləşdirilmiş tütün istehsal ediləcək.

Xatırladaq ki, 2018-ci ildə ölkədə 3 501,7 ton fermentləşdirilmiş tütün istehsal edilib.

APA.az

Ən sərfəli krediti almaq üçün müraciət et