Sınamalı olduğunuz maraqlı mobil tətbiqlər | Banco.az

Sınamalı olduğunuz maraqlı mobil tətbiqlər

Həyatımızı asanlaşdırmaq üçün hər gün yeni mobil tətbiqlər hazırlanır. Bununla belə, mobil proqram mağazalarında mövcud olan hər tətbiq həyatı asanlaşdırmaq üçün hazırlanmır. Sözügedən qəribə tətbiqlərdən bəziləri istifadəçilərə tamamilə fərqli təcrübə qazandırır.

Sınamalı olduğunuz maraqlı tətbiqlərdən bir neçəsi haqqında məlumatları təqdim edirik

1. “Dont Touch My Phone” mobil tətbiqi

Maraqlı tətbiqlər siyahısına həm faydalı, həm də fərqli bir tətbiqlə başlayaq. “Dont Touch My Phone” mobil tətbiqi oğrulara qarşı çox təsirli bir tətbiqdir. Proqramı yükləyin, işə salın və istədiyiniz yerə qoyun. 3 saniyədən sonra proqram aktiv olacaq və bunu bildiriş səsi ilə bildirəcək. Proqram aktiv olduğu andan kimsə telefonunuza toxunarsa, həyəcan siqnalı çalmağa başlayacaq. Beləliklə, oğurluğa cəhd halları və ya icazəsiz telefonunuza toxunan insanların qarşısını alınacaq.

2. “Heater” mobil tətbiqi

Maraqlı mobil tətbiqlər siyahısına soyuq havalarda əlləri üşüyənlər üçün faydalı bir tətbiqlə davam edək. “Heater” smartfonunuzun prosessorunu ən yüksək səviyyədə işlədir və telefonunuzun isinməsini təmin edir. Beləliklə, əlinizi isitmək üçün telefonunuzdan istifadə edə bilirsiniz.

3. “Wanna Kicks” mobil tətbiqi

“Wanna Kicks” alış-veriş etməyi sevən insanların sevimli mobil tətbiqlərindəndir. Bu tətbiq sizə heç bir ayaqqabı mağazasına getmədən istədiyiniz yerdə ayaqqabı geyinməyə imkan verir. Ən məşhur ayaqqabı modelləri bu tətbiqə daxil edilmişdir. Siz bu modellərdən hər hansı birini seçib açılan kameraya ayaqlarınızı göstərirsiniz və seçdiyiniz ayaqqabılar artırılmış reallıqla ayaqlarınızın üstündə görünür. Beləliklə, onlayn sifariş etməzdən əvvəl ayaqqabının ayağınıza necə görünəcəyini öyrənə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

4. “Find My Device” mobil tətbiqi

Bu tətbiq telefonunu hara qoyduğunu daim unudanlar üçün çox faydalı olacaq bir tətbiqdir. Tətbiqi telefonunuzda quraşdırıb açdıqdan sonra əlçatan olur. Beləliklə, proqram açıq rejimdə olduqdan sonra telefonunuzu itirmisinizsə, sizə fit çalmaq kifayətdir. Siz fit çaldıqdan sonra telefonunuz onu aşkar edəcək və səs çıxaracaq ki, siz onu tapa biləsiniz.

5. “Goodreads” mobil tətbiqi

Tətbiq sizə yeni kitablar tapmağa, tapdığınız kitabları nəzərdən keçirməyə və onların aldıqları orta qiymətləri görməyə imkan verir. IMDb kimi, onun da kifayət qədər böyük verilənlər bazası var. Tətbiqdə iki milyarddan çox kitab haqqında məlumat var. Həmçinin, istifadəçilər oxuduqları kitablar haqqında rəy yazmaqla digər istifadəçilərə kömək edə bilərlər.

facemark.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et