"Şimali Amerikanın əksər maliyyə sektorları üçün proqnozlar pisləşir" | Banco.az

"Şimali Amerikanın əksər maliyyə sektorları üçün proqnozlar pisləşir"

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Fitch”: Şimali Amerikanın əksər maliyyə sektorları üçün proqnozlar pisləşir.

Banco.az xəbər verir ki, beynəlxalq kredit reytinq agentliyi “Fitch” Şimali Amerikanın əksər maliyyə sektorları üçün proqnozun pisləşdiyini bildirib.

“Fitch”dən "Şimali Amerika Sektorlararası Görünüş 2024" hesabatı ilə bağlı verilən açıqlamada proqnozun pisləşməsində kəskin yavaşlayan iqtisadi artım, yüksək işsizlik və davam edən sərt maliyyə şərtlərinin təsirli olduğu qeyd edilib.

Açıqlamada ABŞ-ın iqtisadi artımının 2023-cü ildə 2,4 faizlə gözləniləndən daha yaxşı olduğu, ancaq 2024-cü ildə artımın 1,2 faizə qədər azalacağı, 2025-ci ildə isə dayaz bərpa olacağı proqnozlaşdırılıb.

Ən sərfəli kredit üçün müraciət et

Açıqlamada bir çox sektorlarda mənfəətin azaldığı qeyd edilməklə yanaşı, bildirilib ki, kredit şərtlərinin sərtləşdirilməsinin gecikmiş təsirinə cavab olaraq iqtisadiyyatın yavaşlaması ilə tələbin daha da azalacağı gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et