Silk Vey Bank 2014-ü necə başa vurdu? | Banco.az

Silk Vey Bank 2014-ü necə başa vurdu?

Silk Vey Bankın kredit portfeli 23,38 % böyüyüb. Bu haqda Bankın maliyyə hesabatlarına istinad edən Banco.az portalı məlumat verir.

“Silk Vey Bank” 2014-cü ilin yekunlarına dair illik hesabatları açıqlayıb.  Ötən 1 il ərzində Bankın kredit portfeli 23,38% artaraq, 178, 782 mln manata çatıb. Bankın cəmi aktivləri isə ötən il ərzində 16,93% böyüyərək, 232, 741 mln manat təşkil edib.  

Depozit portfelində və cəmi kapitalın həcmində müvafiq olaraq, 25,17% və 8,54 % artım qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Başa çatmış il ərzində  Silk Vey Bankın faiz gəlirləri 43,91 %, faiz xərcləri isə 72,31% artıb və müvafiq olaraq, 20, 276 mln və 7 394 mln manat təşkil edib.

Silk Vey Bank  2014-cü ili mənfəətlə başa vurmağa müvəffəq olub, Bankın vergidən sonrakı mənfəəti 2013-cü illə müqayisədə 24,06% artıb. Beləliklə 2014-cü ildə Bankın vergidən öncəki mənfəəti 2, 601 mln manat təşkil edib.

Daha ətraflı şəkildə infoqrafikada izləyə bilərsiniz. 

Ən sərfəli krediti almaq üçün müraciət et