Azərbaycan Mərkəzi Bank (AMB) Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna könüllü ödənilən ianələrin köçürülməsi alətlərini və imkanlarını genişləndirib. Fonda ediləcək ianələrin AMB-nin operatoru olduğu “Hökumət Ödəniş Portalı” vasitəsilə də qəbulu imkanı yaradılıb.
Bütün hüquqi və fiziki şəxslər ölkədə fəaliyyət göstərən bankların və milli poçt operatoru olan “Azərpoçt” MMC-nin “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunmuş filial və şöbələrində istər nağd formada, istərsə də nağdsız ödəniş alətləri vasitəsilə, o cümlədən portalın internet səhifəsindən (https://gpp.az/sqyf) və mobil tətbiqindən (“Android” və “iOS” platformalı) istifadə etməklə 24/7/365 rejimində Fondun hesablarına vəsaitlərini köçürə bilərlər.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankında açılmış hesabların rekvizitləri barədə məlumatlar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində (https://mod.gov.az/az/silahli-quvvelere-yardim-fondunun-bank-rekvizitleri-253/) yerləşdirilib.
Silahlı Qüvvələrə Yardım Fondunun bank rekvizitləri:
Bankın adı: |
Azərbaycan Respublikası Beynəlxalq Bankı Binəqədi filialı |
Bankın ünvanı: |
Azərbaycan, Bakı şəhəri, Z. Bünyadov, 30/12, bina 5A |
Bankın telefonları: |
(012) 562 99 41, (012) 562 93 37 |
Kod: |
805584 |
VÖEN: |
9900001881 |
Müxbir hesabı: |
AZ03NABZ01350100000000002944 |
SWİFT Code: |
IBAZAZ 2X |
Benefisiarın adı: |
S.Q.Y.F MN |
VÖEN: |
1300162621 |
Hesablaşma hesabları: |
|
AZN |
AZ98IBAZ38040019449930010202 |
ABŞ dolları |
AZ88IBAZ38140018409930010202 |
Avro |
AZ68IBAZ38140019789930010202 |
Rusiya rublu |
AZ08IBAZ38140018109930010202 |
Bizi sosial şəbəkələrdən izləyin!!