Sığortanın hansı növü üzrə ödəniş və haqların həcmi artıb? | Banco.az

Sığortanın hansı növü üzrə ödəniş və haqların həcmi artıb?

Banco.az saytı olaraq cari ilin ilk 3 ayı ərzində könüllü və icbari sığorta növləri üzrə  edilən yığım və ödənişlərlə bağlı araşdırma etmişik. Azərbaycan Respublikasi Maliyyə Nazirliyi Dövlət Siğorta Nəzarəti Xidməti-nin rəsmi saytına istinadən yanvar-mart ayları ərzində könüllü sığorta üzrə edilən haqq və ödənişlərin miqdarı, icbari sığortaya nisbətdə iki dəfədən artıq olub.

Könüllü sığortanın ən çox müraciət və ödəniş edilən növü Qeyri Həyat sığortası olub. 2015-ci ilin ilk rübü ərzində könüllü sığortanın bu növü üzrə edilən sığorta haqqının miqdarı 71 730 557,65 sığorta ödənişinin miqdarı isə 19 344 763,52 manat olub. Həyat sığortası xərcləri və ödənişləri isə bu göstəricidən təxminən 3 dəfə az olub. Həyat sığortasının annuitet sığortası və əmək qabiliyyətinin sığortası kimi növlərində heç bir haqq və ödəniş həyata keçirilməyib. Əmlak sığortasının 7 növündə müşahidə olunub.

Icbari sığortada da nisbət təxminən eynidir. Belə ki, bu sinifdə də ən çox haqq və ödəniş Qeyri-həyat sığortası üzrə edilib. (sığorta haqqı 30 818 181,11, sığorta ödənişi 9 162 699,57 manat). Adı çəkilən növün 7 yarımqrupu üzrə müraciət edilməyib, həmçinin heç bir xərc çəkiməyib. Auditorların peşə məsuliyyətinin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası yarımqrupları üzrə sığorta ödəniçləri həyata keçirilməyib. Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında isə şirkətlərin yığımı 0-a bərabər olsada, 20 00,00 sığorta xərci çəkilib.

Sığorta siniflərinin ödəniş və haqq göstəriciləri ilə aşağıdakı cədvəldə daha yaxından tanış ola bilərsiniz.

Sığorta sinifləri

Sığorta haqları

Sığorta ödənişləri

könüllü sığortalar üzrə - cəmi :

93 105 750,31

25 910 513,12

 o cümlədən:

 

 

Həyat sığortası üzrə

21 375 192,66

6 565 749,60

 o cümlədən:

 

 

həyatın ölüm halından sığortası

5 192 720,96

748 063,95

həyatın yaşam sığortası

16 056 235,72

5 817 685,65

annuitet sığortası

0,00

0,00

əmək qabiliyyətinin sığortası

0,00

0,00

sağalmaz xəstəliklərdən sığorta

126 235,98

0,00

Qeyri-həyat sığortası üzrə

71 730 557,65

19 344 763,52

 o cümlədən:

 

 

Şəxsi sığorta

38 064 043,23

12 284 521,80

 o cümlədən:

 

 

fərdi qəza sığortası

3 335 564,58

275 114,51

tibbi sığorta

34 342 073,66

11 960 994,15

xaricə səfər edən vətəndaşların sığortası

386 404,99

48 413,14

Əmlak sığortası

33 666 514,42

7 060 241,72

 o cümlədən:

 

 

əmlakın sığortası

25 546 566,19

6 950 415,54

 o cümlədən:

 

 

əmlakın yanğından və digər risklərdən sığortası

7 123 593,81

538 455,87

avtonəqliyyat vasitələrinin sığortası

7 563 277,31

6 163 942,65

dəmiryol nəqliyyatı vasitələrinin sığortası

51 948,95

0,00

hava nəqliyyatı vasitələrinin sığortası

5 723 484,02

0,00

su nəqliyyat vasitələrinin sığortası

969 242,03

0,00

yüklərin (nəqliyyat) sığortası

3 006 493,12

114 988,57

kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası

202 535,00

10 633,84

kənd təsərrüfatı heyvanlarının sığortası

686 891,95

122 394,61

əmlakın sığortası ilə bağlı digər siniflər

219 100,00

0,00

o cümlədən :

 

 

işçilərin dələduzluğu sığortası

219 100,00

0,00

pul və pul sənədlərinin saxtalaşdırılmasından sığorta

0,00

0,00

titul sığortası

0,00

0,00

mülki məsuliyyətin sığortası

7 868 177,77

52 157,08

 o cümlədən:

 

 

avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası

232 000,91

14 799,16

dəmiryol nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası

0,00

0,00

hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası

1 772 405,26

0,00

su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası

1 090 721,58

0,00

yük daşıyanın mülki məsuliyyətinin sığortası

1 089,52

784,40

mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası

280 647,28

0,00

peşə məsuliyyətinin sığortası

475 720,04

1 449,65

işəgötürənin məsuliyyət sığortası

259 080,62

2 116,93

ümumi mülki məsuliyyətin sığortası

3 756 512,56

33 006,94

hüquqi xərclərin sığortası

0,00

0,00

kredit sığortası

251 770,46

57 669,10

 o cümlədən:

 

 

kreditlərin sığortası

221 060,46

57 669,10

ipoteka sığortası

30 710,00

0,00

qarışıq maliyyə risklərinin sığortası

0,00

0,00

 o cümlədən:

 

 

əmlakın bazar dəyərinin düşməsi riskindən sığorta

0,00

0,00

işin dayanması ilə bağlı risklərdən sığorta

0,00

0,00

İcbari sığortalar üzrə -cəmi

41 697 409,06

9 838 431,29

 o cümlədən:

 

 

Həyat sığortası üzrə

10 879 227,95

675 731,72

 o cümlədən:

 

 

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta

10 879 227,95

675 731,72

Qeyri-həyat sığortası üzrə

30 818 181,11

9 162 699,57

 o cümlədən:

 

 

nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası

0,00

2 000,00

sərnişinlərin icbari sığortası

0,00

0,00

icbari ekoloji sığorta

0,00

0,00

yanğından icbari sığorta

0,00

0,00

MM deputatların icbari şəxsi sığortası

0,00

0,00

tibbi personalın AİDS-dən sığortası

0,00

0,00

hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası

3 357 137,00

1 372 600,00

məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası

2 576 587,00

290 417,00

dövlət qulluqçuların icbari sığortası

0,00

0,00

diplomatik nümayəndələrin icbari sığortası

0,00

0,00

auditorların peşə məsuliyyətinin icbari sığortası

2 425,00

0,00

daşınmaz əmlakın icbari sığortası

9 259 955,27

240 117,42

daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası

168 168,46

254,00

avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası

15 152 821,63

7 257 311,15

sərnişinlərin icbari fərdi qəza sığortası

301 086,75

0,00

YEKUN

134 803 159,37

35 748 944,41

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et