“Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi Qaydaları”na uyğun olaraq imtahanı keçiriləcək.
Rəhbər işçi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər üçün 12 və 14 dekabr 2015-ci il tarixlərdə növbəti test imtahanı keçiriləcək.
"Banco.az" Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinə istinadən məlumat verir. İmtahan üçün sənədləri DSNX-yə tam olaraq təqdim olunmuş şəxslər 10 dekabr 2015-ci il saat 17:00-dək Dövlət Sığorta Nəzarəti Xidmətinə aşağıdakı e-mail vasitəsilə əlaqə saxlayaraq adı, soyadı, atasının adı, vasitəçilik fəaliyyətnin növü və ya şəxsin təyin olunmalı olduğu vəzifənin və cəmiyyətin adı tam göstərilməkləimtahanda iştirak edəcəklərini təsdiq etməlidirlər: