“Sığortaçılar liqası”nın çempionu məlum olub | Banco.az

“Sığortaçılar liqası”nın çempionu məlum olub

Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Sığortaçılar liqası” adlı futbol çempionatı yekunlaşıb. Banco.az ASA-ya istinadən xəbər verir ki, Sığorta şirkətlərinin futbol komandaları arasında keçirilən çempionatın final oyununda “PAŞA Həyat Sığorta” və “PAŞA Sığorta” şirkətlərinin futbol komandaları qarşılaşıb və 2:1 hesablı qələbə qazanan “PAŞA Həyat Sığorta” şirkəti çempionatın qalibi adını qazanıb.

Böyük azarkeş coşğusu ilə müşahidə olunan oyunun 3-cü dəqiqəsində 1 top fərqlə geri düşən “PAŞA Həyat” sonradan oyun üzərində öz üstünlüyü qurub və bunu sonadək davam etdirib. Oyunun ikinci hissəsində hesabı bərabərləşdirən qalib komanda oyunun sonuna 4 dəqiqə qalmış növbəti qolu vuraraq çempionatın nəticəsini müəyyənləşdirib.

Həmin gün “AtaSığorta” və “Maliyyə Bazarlarına Nəzarət Palatasının” futbol komandaları arasında üçüncü yer uğrunda keçirilən qarşılaşma 3:1 hesabı ilə “AtaSığorta”nın xeyrinə başa çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Beləliklə, “Sığortaçılar liqası”nın çempionu “PAŞA Həyat Sığorta”, ikinci yerin sahibi “PAŞA Sığorta” və üçüncü yerin sahibi isə “AtaSığorta” şirkətlərinin futbol komandaları olub. Həmçinin, “çempionatın ən yaxşı oyunçusı” və “çempionatın ən yaxşı qapıçısı”  mükafatına “PAŞA Həyat Sığorta” şirkətindən müvafiq olaraq Rəşad Paşacanov və Səbuhi Göyüşov, “çempionatın bombardiri” isə “PAŞA Sığorta” şirkətinin komandasından Ömər Məmmədov layiq görülüb.

Qalibləri təbrik edirik və daha böyük uğurlar arzu edirik.

 

    Ən sərfəli krediti almaq üçün müraciət et