Sığorta şirkətlərinin qısamüddətli aktivlərində vəziyyət necədir? | Banco.az

Sığorta şirkətlərinin qısamüddətli aktivlərində vəziyyət necədir?

"Naxçıvan Sığorta" ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 10-nun bu il yanvarın 1-nə qısamüddətli aktivləri illik müqayisədə az olub.

Bunlar "Azərbaycan Sənaye Sığorta" (ASS), "Standard Insurance" Sığorta Şirkəti, "Atəşgah Sığorta", "Azsığorta", "Rəvan Sığorta", "Günay Sığorta", "Meqa Sığorta", "Atasığorta", "AXA Mbask" Sığorta Şirkəti və "Xalq Həyat Sığorta" ASC-lərdir.

Ən çox azalma "Xalq Həyat Sığorta"da (55%), ən az azalma isə ASS-də (3,1%) qeydə alınıb.

Qalan 11 sığorta şirkətinin isə qısamüddətli aktivləri artıb. Ən yüksək dinamika "İpək Yol Sığorta" ASC-də (2,4 dəfə), ən aşağı dinamika isə "Xalq Sığorta" ASC-də (3,1%) qeydə alınıb.

Renkinq

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram