Müəllif: Gülnar Əhmədli, Banco.az
Sığorta sektoru özünün artım potensialını reallaşdırmaqdadır. 2025-ci ilin I yarısında sığorta haqları 12.7% artaraq 817 mln. manat, sığorta ödənişləri isə 25% artaraq 432 mln. manata çatıb.
Banco.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Maliyyə Sabitliyi departamentinin direktoru Ataxan Həsənov maliyyə sabitliyi hesabatına dair keçirilən mətbuat konfransında qeyd edib.
Sektorun artımı əsasən könüllü həyat və qeyri-həyat sığortası üzrə müşahidə olunur: "2025-ci ilin birinci yarımili ərzində sığorta sektorunun aktivləri 4.5% artaraq 2.14 mlrd. manata çatıb.
Dövr ərzində sığorta şirkətlərinin investisiya portfeli 5.6% artaraq 1,8 mlrd. manata çatıb",
A. Həsənovun sözlərinə görə, Maliyyə Nazirliyi tərəfindən dövlət qiymətli kağızlarının yeni emissiyasının baş verməməsi sığortaçıların alternativ investisiya alətlərindən istifadə etməsinə təsir edib.
Bizi sosial şəbəkələrdən izləyin!!