Bizneslə əlaqəli strukturların facebook səhifəsi idarə və istifadə etmələrinin ən böyük səbəbi öz izləyicilərinin konkret nəylə maraqlandıqlarını bilməkdir. Belə ki, onlar öz postlarında yer verdikləri layihə və ya proqramların nə dərəcədə uğurlu olmasını bəyənmə və şərhlərin sayı ilə müəyyən edirlər. Məhz bu məsələlərə görə Facebook keçən həftə ərzində könüllü şəkildə deaktiv edilmiş və ya qeyri-ixtiyari olaraq aktivliyi itmiş bəzi profilləri silib. Qeyri-ixtiyari aktivlik itirilən facebook hesabları deyərkən, səhifəyə giriş şifrələri unudulmuş və s. istisna halların başverdiyi profillər nəzərdə tutulur.
Ümumiyyətlə könüllü şəkildə deaktiv edilmiş və ya qeyri-ixtiyari olaraq aktivliyi itmiş profillərin silinməsi 2 cəhətdən faydalıdır. Bunlardan biri biznesyönümlüdür. Yəni, istifadə olunmayan hesabların silinməsi, bizneslə məşğul olan səhifələrə imkan verir ki, öz izləyicilərinin sayı haqqında dəqiq informasiya əldə etmiş olsunlar. Həmçinin belə hesabların silinməsi onlara “lookalike” prinsipi əsasında öz izləyiciləri ilə müəyyən məqamlarda əlaqə qurmağı asanlaşdırır. İkincisi isə sabitliklə bağlıdır. Bu vaxta qədər, onsuz da deaktiv olunmuş profillər tərəfindən toplanılan bəyənmə və şərhlər sonradan avtomatik olaraq filter olunurdu və bu ənənə hələ də davam etməkdədir. Bu yenilənmədəki, məqsəd isə məlumatların ardıcıl və sabit saxlanılmasıdır.
Amma bir vacib məsələni də nəzərinizə çatdıraq ki, könüllü şəkildə deaktiv edilmiş və ya qeyri-ixtiyari olaraq aktivliyi itmiş profillər yenidən aktiv olunduqdan sonra, müvafiq rəqəmlər onların bəyəndiyi facebook səhifələrinin fan sayinda da öz əksini tapacaq.
Sığorta Şirkətləri |
13 mart |
15 mart |
fərq |
fərq %-lə |
Mega Sığorta |
1621 |
1481 |
140 |
9% |
Ata Sığorta |
29488 |
27376 |
2112 |
7% |
Başak İnam Sığorta Şirkəti |
11819 |
11223 |
596 |
5% |
Bakı Sığorta |
20131 |
19717 |
414 |
2% |
Buta Sığorta |
76728 |
76664 |
64 |
0% |
A-Qroup Sığorta Şirkəti |
20694 |
20680 |
14 |
0% |
Paşa Sığorta Şirkəti |
13140 |
13145 |
-5 |
0% |
Atəşgah |
27490 |
27529 |
-39 |
0% |
Paşa Həyat Sığorta |
6014 |
6468 |
-454 |
-8% |