Sığorta şirkətlərimiz Facebookda - İnfoqrafika | Banco.az

Sığorta şirkətlərimiz Facebookda - İnfoqrafika

Bir çox şirkətlər kimi, Sığorta şirkətləri də facebook-da təmsil olunmağa ehtiyac duyur. Düzdür, hələ ki şirkətlərimiz Facebook vasitəsi ilə böyük satışlar həyata keçirə bilmir. Amma əhalini məlumatlandırmaq və online reklam baxımından Facebook əvəzolunmaz bir məkan yaradır.

Bu dəfə Banco.az olaraq, Sizə Sığorta şirkətlərinin Facebook səhifələrinin göstəricilərini təqdim edirik.

Ətraflı şəkildə infoqrafikada izləyə bilərsiniz.

Bəyənmə sayına görə ilk beşlik Buta Sığorta, AtaSığorta, Alfa Sığorta, Atəşgah Sığorta Qrupu və A-Group Sığorta şirkətlərinin səhifələrindən ibarətdir.

Ən sərfəli kredit üçün müraciət et

Müzakirə edənlərə gəldikdə isə ilk beşlik A-Group Insurance, PAŞA Həyat Sığorta, Atəşgah Sığorta Qrupu, Alfa Sığorta və Başak-İnam Sığorta şirkətinin səhifələrindən ibarətdir.

Şirkətlər səhifələr vasitəsi ilə yeni məhsullarını təqdim edir, keçiriləcək tədbir və təlimlər haqqında məlumatlar paylaşırlar. Həmçinin sığorta şirkətləri müxtəlid sorğular keçirir, müştərilərin şikayət və təkliflərini də nəzərə alırlar. Lakin banklar ilə müqayisədə sığorta şirkətlərinin sosial mediadakı fəaliyyəti nisbətən istənilən səviyyədə deyil. Bunu gündəlik postların sayı və ya ümumiyyətlə səhifələrin reklam olunma səviyyəsi də göstərir. 

Ən sərfəli krediti almaq üçün müraciət et