Sığorta şirkətinin yığımlarında vəziyyət necə dəyişib? | Banco.az

Sığorta şirkətinin yığımlarında vəziyyət necə dəyişib?

Bu ilin yanvar-may aylarının yekununa görə, Azərbaycandakı 21 sığorta şirkətindən 13-nün yığımları illik müqayisədə artıb, 6-nın yığımları azalıb, 2 şirkət (“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” və “Meqa Həyat Sığorta” ASC-lər) ötən ilin yanvar-may aylarında bazarda olmadığı üçün onların yığımlarında dinamika qeydə alınmayıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, son 1 ildə yığımları illik müqayisədə ən çox artan şirkət "Bakı Sığorta" ASC-dir. Bu şirkət 5 ay ərzində 1,538 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 2,7 dəfə çoxdur. Daxilolmaları ən az artan şirkət isə “Xalq Sığorta” ASC-dir. Bu şirkətin daxilolmaları 10,993 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 1,7% çoxdur.

Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət bazarı tərk etmiş “Rəvan Sığorta” ASC-dədir. Bu şirkətin daxilolmaları 100% azalıb. Yığımlarda azalma baxımından ən yaxşı vəziyyət isə “Meqa Sığorta” ASC-dədir. Bu şirkətin daxilolmaları 0,2% azalaraq 10,454 milyon manata düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Renkinq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et