Sığorta şirkətinin rəhbərliyi yenidən formalaşdırılacaq | Banco.az

Sığorta şirkətinin rəhbərliyi yenidən formalaşdırılacaq

Noyabrın 7-də, saat 11:00-da "Başak İnam Sığorta" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Yığıncaq şirkətin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 79 ünvanında olacaq.

Yığıncağın gündəliyinə "Başak İnam Sığorta"nın bu ilin yanvar-sentyabr aylarındakı vəziyyətinin yekunları, Direktorlar Şurası, İdarə Heyəti və Təftiş Komissiyası üzvlərinin seçilməsi və digər məsələlər daxildir.

"Başak İnam Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 7 mln. manatdır. Şirkətin səhmlərinin 24,24%-i hazırda ləğvetmə prosesində olan "Zaminbank" ASC-yə, 7,14%-i "Turanbank" ASC-yə, 5%-i "Azər-Türk Bank" ASC-yə, 14%-i Türkiyənin fransız kapitallı "Groupama Sıgorta" şirkətinə, 0,34%-i "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatına, 15,83%-i Səbinə Akif qızı Həsənovaya, 15,21%-i Akif Əkbər oğlu Kərimova (Direktorlar Şurasının sədri), 10,14%-i Orxan Qara oğlu Həsənova (İdarə Heyətinin sədri), 8,09%-i isə digər 14 fiziki şəxsə məxsusdur.

Ən sərfəli kredit üçün müraciət et

“Başak İnam Sığorta” bu ilin əvvəlində bazarı tərk etmək üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edib. Palata sığorta şirkətinin bağlanmasına artıq razılıq verib.

Mənbə: Report.az