2016-cı ilin avqust ayı ərzində İcbari Sığorta Bürosunun elektron informasiya sistemində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə Büronun iştirakçı sığorta şirkətləri tərəfindən 1 986 sığorta tələbi qeydiyyata alınmışdır. Bu tələblər üzrə 2,5 milyon manata yaxın məbləğində sığorta ödənişi həyata keçirilmişdir.
Banco.az-ın İcbari Sığorta Bürosuna əsasən verdiyi məlumata əsasən 2015-cı ilin avqust ayı ilə müqayisədə sığorta ödənişlərinin məbləğində 33 % artım müşahidə edilmişdir.
Zərərin bölgüsü üzrə sığorta ödənişləri aşağıdakı kimi olmuşdur:
2016-cı ilin avqust ayında nəqliyyat vasitəsinə dəyən zərər üzrə orta sığorta ödənişi 1 222 manat təşkil etmişdir.